“Ayaks” səfər matçına qatarla gedəcək
16.10.2019 , 22:22

“Ayaks” Çempionlar Liqasının V turunda səfərdə “Lill” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, klub səfər oyununa təyyarə ilə deyil, qatarla gedəcək. Bu barədə klubun idman direktoru Edvin Van der Sar Hollandiya mətbuatına açıqlamasında deyib. O, bu qərarı vermələrinin səbəbini bu cür izah edib:
“Həssas bir iqlimdə yaşayırıq və digər klublara nümunə olmaq istəyirik. Lill qatarla səyahət etməyə gözəl yerdir. Buna görə də, bu qərarı qəbul etdik. Baş məşqçi Erik Ten Haq və futbolçular bu səfərdə daha az yorulacaqlar. Çünki “Lill”lə oyunda komanda daha yaxşı formada olmalıdır”.
