“Ayaks” “Qarabağ” matçına itkilərlə çıxacaq
09.12.2025 , 13:20
Çempionlar Liqasının 6-cı turunda “Qarabağ”la üz-üzə gələcək “Ayaks” komandası bir neçə əsas oyunçusundan məhrum olacaq.
Korner.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gəlməyib.
Qeyd edək ki, görüş sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.