“Ayaks” onun üçün “Qalatasaray”ın qapısını döyəcək
17.06.2025 , 15:58

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz “Ayaks”ın transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.
Xəbərdə, Amsterdam təmsilçisinin 25 yaşlı oyunçu ilə yaxından maraqlandığı bildirilib.
Hollandiya nəhənginin yaxın günlərdə Barış Alper üçün Super Liqa klubunun qapısını döyəcəyi gözlənilir.
Ötən mövsüm “Qalatasaray”ın heyətində 48 matça çıxan oyunçu bu görüşlərdə 14 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
