“Ayaks” Con Heytinqa ilə yollarını ayırdı
06.11.2025 , 21:15
UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, Amsterdam təmsilçisi 41 yaşlı niderlandlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Onunla 2027-ci ilin yayına qədər nəzərdə tutulan əməkdaşlıq planı ləğv olunub. Qeyd olunur ki, “Ayaks” ötən gün “Qalatasaray”a 0:3 hesabı ilə uduzub.
Con Heytinqa mövsümün əvvəlində klubun baş məşqçisi təyin olunmuşdu.
Xatırladaq ki, “Qarabağ”la “Ayaks” arasında matç dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.