“Ayaks” baş məşqçisi ilə müqaviləni yenilədi
01.05.2021 , 17:30

“Ayaks” baş məşqçi Erik ten Haqla müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ten Haqla yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
“Ayaks” Niderland Erediviziyasında liderdi
