“Həmkarımla razıyam, dünənki oyunda “Xəzər Lənkəran” daha üstün oynayırdı".
Korner.az-ın məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
"Xəzər Lənkəran" üzərindəki qələbəni şərh edən mütəxəssis daha sonra bunları dedi:
"Bu gün tamam fərqli oyun göstərdik, daha yaxşı oynadıq və qələbə qazandıq. Hücum futboluna üstünlük verdik, bunun bəhrəsini gördük. Bir neçə tur idi ki, qalib gələ bilmirdik, bu qalibiyyət bizim üçün önəmlidir. Axşam rəqibin oyununu araşdırdıq və bugün oyunumuzu dəyişdirdik”.
