31 avqust – Avropada transfer pəncərəsinin bağlandığı gündür. Bazarlığının ən son günündə həyata keçən ən maraqlı transferləri təqdim edirik.
31 yaşlı Alessandro Matri Roma klubuna icarəyə verildi.
“Mançester Yunayted”də qərar tuta bilməyən Xavyer “Çiçarito” Ernandez təxminən 10 milyon avro qarşılığında “Bayer”lə 3 illik müqavilə imzaladı.
İngiltərədən Almaniyaya yollanan daha bir futbolçu, vaxtilə 5 yığmanın mübarizə apardığı Adnan Yanuzay “Mançester Yunayted”dən icarə əsasında Dortmund “Borussiya”sında oynayacaq.
Son 8 mövsümü Dortmundda keçirən polşalı Yakub Blaşikovski qarşıdakı mövsümü “Fiorentina”da icarədə oynayacaq.
“Borussiya”da planlaşıdırlmış “yarpaq tökümü” Kevin Qrosskroytzun “Qalatasaray”a keçidi ilə davam edir.
Saat 01:55-ə qədər rəsmiləşməyən, amma böyük ölçüdə reallaşan keçid: “Mançester Yunayted” və “Real” qapıçılarını dəyişdilər. David de Xea Madridə, Keylor Navas isə Mançesterə yollandı.
