Avstriyanın “Zaltsrbuq” klubunun nümayindələri sabah keçiriləcək “Xəzər Lənkəran” – “Fənərbağça” matçına təşrif buyuracaq.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı Avstriya mətbuatı yayıb.
Sözügedən klubun nümayindələrinin Lənkərana səfər etməsi “Fənərbağça” ilə bağlıdı. Belə ki, Çempionlar Liqasının təsnifat mərhələsində “Zalstburq”un rəqibi məhz “Fənərbağça”dır. Məhz buna görə, Avstriyadan gələcəyi gözlənilən məşqçilər rəqiblərini iş başında görmək istəyirilər.
