Avstriyalı müdafiəçi Madrid macərasını bitirir
10.12.2025 , 15:58
“Real Madrid”in avstriyalı müdafiəçisi David Alaba mövsüm bitdikdən sonra klubla yollarını ayıracaq.
Korner.az xəbər verir ki, 33 yaşlı futbolçu 2025-ci ilin yayında müddəti başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib.
Madrid təmsilçisinə 2021-ci ildə qoşulan Alaba bu mövsüm ağır zədə səbəbindən komandaya kömək edə bilməyib və yalnız 4 oyunda iştirak edib.
Hazırda o, zədəsini sağaltmaq üçün bərpa çalışmalarını davam etdirir.