Avstriyada futbol bərpa olunur – Rəsmi
13.05.2020 , 16:11

Daha bir ölkədə futbolun bərpa olunmasına qərar verilib.
Korner.az xəbər verir ki, Avstriyada komandalar mayın 15-dən etibarən məşqlərə başlaya biləcəklər. Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, mayın 30-da Avstriya kubokunun final qarşılaşması baş tutacaq. Həlledici oyunda “Zalsburq” və “Austriya” komandaları üz-üzə gələcək.
Amma bütün klublar futbolçularını koronavirus testindən keçirməlidi. Oyunlara azarkeş buraxılmayacaq.
