Avstriya yığmasında itki
11.10.2023 , 18:47
Avro-2024-ün seçmə mərhələsində oktyabrın 16-da Azərbaycanla qarşılaşacaq Avstriya yığması itki ilə üzləşib.
Korner.az xəbər verir ki, millinin futbolçusu Qernot Trauner sıradan çıxıb.
Bu barədə Avstriya mətbuatı məlumat yayıb. Dizindən xəsarət alan 31 yaşlı oyunçu Azərbaycanla görüşdə oynamayacaq.