Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti məlum oldu – Siyahı
03.10.2023 , 11:44

Avstriya yığmasının Avro-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 28 futbolçuya dəvət göndərib.
Avstriya millisi oktyabrın 13-də Belçika, 16-da isə Azərbaycanla qarşılaşacaq.
Qapıçılar: Niklas Hedl (“Rapid”), Patrik Pents (“Brondbü”, Danimarka), Aleksander Şlager (“Zalsburq”);
Müdafiəçilər: David Alaba (“Real”, İspaniya), Samson Baydu (“Zalsburq”), Flavius Danilyuk (“Salernitana”, İtaliya), Kevin Dansa (“Lans”, Fransa), Filipp Linhart (“Frayburq”, Almaniya), Ştefan Poş (“Bolonya”, İtaliya), Gernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Borussiya”, Münhenqladbax, Almaniya);
Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leypsiq”, Almaniya), Məhəmməd Çam (“Klermon”, Fransa), Florian Qrilliş (“Hoffenhaym”, Almaniya), Marko Qrull, Mattias Seydl (hər ikisi “Rapid”), Florian Kayns, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Bavariya”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitser (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmid (“Verder”, Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Mixael Qreqoriş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria (“Şturm”).
