DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib
Bu vəsiqənin sahibi qitələrarası pley-off mərhələsində bəlli olub
Asiya zonasında çıxış edən Avstraliya və KONKAKAF təmsilçisi Honduras mundiala 31-ci vəsiqə uğrunda mübarizə aparıb. Sonuncuların meydanındakı ilk görüşdə qalib müəyyənləşməsə də, Avstraliya yığması evdə cütün taleyini xeyrinə həll edib.
“Yaşıl qitə” təmsilçisi 3:1 hesablı qələbə ilə DÇ-2018-ə vəsiqə qazanıb. Bütün qollar 2-ci hissədə vurulub.
DÇ-2018
Qitələrarası pley-off, cavab oyunu
Avstraliya – Honduras – 3:1
Mavnor Fiqureoa, 54-öz qapısına, Mile Yedinak, 72, 85 – Mavnor Fiqureoa, 90+4
İlk oyun – 0:0
