Avropanın rəmzi “11-liy”i
15.01.2025 , 14:10

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin rəmzi komandasını açıqlayıb.
Korner.az xəbər verir ki, simvolikdə “11-lik”də İspaniyadan 4 futbolçu yer alıb:
Qapıçı: Unai Simon (İspaniya)
Müdafiəçilər: Dani Karvaxal (İspaniya), Ruben Dias (Portuqaliya), Antonio Rudiger (Almaniya), Vilyam Saliba (Fransa)
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Toni Kroos (Almaniya)
Hücumçular: Lamin Yamal (İspaniya), Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç)
