Sabah bütün Avropanın diqqəti İsveçrənin Lozanna şəhərinə yönələcək
Burada UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatma mərasimi keçiriləcək.
Quruma üzv olan 55 ölkənin millisi 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Reytinqə görə UEFA-nın 40-cı komandası olan Azərbaycan yığması D liqasında yer alıb. Millimiz ən zəif 16 komanda sırasında 1-cidi.
2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq qrup mərhələsinin iştirakçıları püşkdən öncə səbətlərə bölünüb. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız D liqasının 1-ci səbətində qərarlaşıb.
A liqası
I səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
II səbət
Fransa, İngiltərə, İsveçrə, İtaliya
III səbət
Polşa, İslandiya, Xorvatiya, Hollandiya
