Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşdi
17.12.2018 , 12:43

Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşib. “Tuttosport”un 21 yaşadək olan futbolçular üçün təsis etdiyi “Golden Boy” mükafatına Mateys de Liqt layiq görülüb.
Hollandiya “Ayaks”ının müdafiəçisi digər namizədləri arxada qoyub. Bunlar Trent Aleksander-Arnold (Liverpul), Castin Klyuvert (Roma), Vinisius Junior (Real) və Patrik Kutronedi (Milan).
Qeyd edək ki, 2017-ci ildə mükafata PSJ və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.
