UEFA-nın versiyasına görə Avropanın ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Avropanın ən yaxşısına veriləcək mükafat Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi günü – avqustun 28-də təqdim olunacaq.
Seçimlər isə UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında aparılacaq. Səsvermə hüququ olan hər kəs ən yaxşı hesab etdiyi 5 futbolçunun adını qeyd edəcək ki, birinci sırada adı çəkilən oyunçu 5, ikinci 4 xal alacaq.
Avqustun 12-də isə ilk üçlük açıqlanacaq.
Siyahıda aşağıdakı futbolçuların adları yer alıb:
Eden Hazard, Canluici Buffon, Arturo Vidal, Lionel Messi, Neymar, Andrea Pirlo, Pol Poqba, Kristiano Ronaldo, Luis Suares, Karlos Teves.
