Avropanın ən güclüsü müəyyənləşir
15.08.2018 , 11:36

Bu gün UEFA Super Kubokun qalibi müəyyənləşəcək.
Həlledici qarşılaşmada 2 Madrid təmsilçisi – “Real” və “Atletiko” üz-üzə gələcək. Matç Estoniyanın paytaxtı Tallində baş tutacaq.
“Real” Superkubokun hazırkı sahibidir. “Kral klubu” ötən il Avroliqanı qazanan “Mançester Yunayted”dən üstün olmuşdu (2:1).
15 avqust
UEFA Super Kuboku
23:00. “Real Madrid” (İspaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu
