Avropanın ən güclüsü – “Atletiko” Madrid!
16.08.2018 , 10:41

Bu gün UEFA Super Kubokun qalibi müəyyənləşib.
Həlledici qarşılaşmada 2 Madrid təmsilçisi – ötən mövsüm Çempionlar Liqasını qazanan “Real” və Avroliqanın qalibi “Atletiko” üz-üzə gəlib. Matç Estoniyanın paytaxtı Tallində baş tutub. Görüş “Atketiko”nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qye dedək ki, Superkubokun son sahibi “Real” idi. “Kral klubu” ötən il Avroliqanı qazanan “Mançester Yunayted”dən üstün olmuşdu (2:1).
15 avqust
UEFA Super Kuboku
23:00. “Real” (İspaniya) – “Atletiko” (İspaniya) – 2:4
Qollar: Dieqo Kosta, 1 (0:1), Kərim Benzema, 27 (1:1), Serxio Ramos, 63-pen. (2:1), Dieqo Kosta, 79 (2:2), Saul, 98 (2:3), Koke, 103 (2:4)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Estoniya. Tallin Lilleküla stadionu
