Avropada ilin ən yaxşı gənc futbolçusu adına namizədlər
15.10.2020 , 17:44

İtaliyanın “Tuttosport” nəşri Avropada ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda 20 oyunçu yer alıb:
Mitçel Bakker (PSJ, Niderland), Eduardo Kamavinja (“Renn”, Fransa), Conatan Devid (“Lill”, Kanada), Alfonso Deyvis (“Bavariya”, Kanada), Serjinyo Dest (“Barselona”, ABŞ), Fabiu Silva (“Vulverhempton”, Portuqaliya), Ansu Fati (“Barselona”, İspaniya), Fil Foden (“Mançester Siti”, İngiltərə), Rayan Qravenberx (“Ayaks”, Niderland), Meyson Qrinvud (“Mançester Yunayted”, İngiltərə), Erlinq Holand (“Borussiya” Dortmund, Norveç), Kallum Hadson-Odoi (“Çelsi”, İngiltərə), Deyan Kulusevski (“Yuventus”, İsveç), Rodriqo (“Real”, Braziliya), Bukayo Saka (“Arsenal”, İngiltərə), Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə), Dominik Soboslay (“Zalsburq”, Macarıstan), Sandro Tonali (“Milan”, İtaliya), Ferran Torres (“Mançester Siti”, İspaniya), Vinisius Junior (“Real”, Braziliya).
Qalibin adı dekabrın 14-də açıqlanacaq.
