Türkiyənin “Qalatasaray” klubunun şərəfini qoruyan Aleks Tellesin meneceri maraqlı və sərt açıqlama verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aleks Tellesin meneceri Fernando Otto futbolçunun az oynamasından şikayətlənib.
Fernando Otto bildirib ki, Avropada bu qədər bəyənilən müştərisinin “Qalatasaray”da əsas heyətə düşə bilməməsini heç cür başa düşə bilmir: “Vəziyyət belə davam edərsə, Telles başqa komandaya keçə bilər”.