Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Korner.az-ın məlumatına görə, buna Avropa Liqasında mübarizə aparan klublarımızın qələbələri səbəb olub.
Belə ki, Avroliqanın I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın “Metallurq”u (1:0), “Xəzər Lənkəran”ın “Slima”nı (1:0) və “İnter”in “Mariehamn”ı (2:0) məğlub etməsi ölkəmizin reytinqinə daha 0,750 xal əlavə edib.
Bununlada ölkəmiz 31-ci pillədən 30-cu yerə qalxaraq Sloveniyanı keçib.
Azərbaycan UEFA-da bu mövsüm 9,125 reytinq xalı qazanıb ki, bunun da 0,500 xalı “Qarabağ”ın, 0,375 xalı “İnter”in, 0,375 xal isə “Xəzər Lənkəran”ın payına düşür.
Qeyd edək ki, play-off mərhələsinə kimi qazanılan hər qələbə ölkəyə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.
29 Slovakiya 9.750
30 Azərbaycan 9.125
31 Sloveniya 8.625
