Avropa Oyunlarında Azərbaycanı hansı karateçilər təmsil edəcək?
25.04.2023 , 16:32

Polşada keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək karateçilər məlum olub.
Korner.az xəbər verir ki, yarışda 8 karateçimiz mübarizə aparacaq.
Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.
Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.
