Türkiyənin “NTV Spor” televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq.
Korner.az-ın məlumatına görə, bundan başqa, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də “NTV spor”un efirində birbaşa göstəriləcək.
“NTV spor” ilə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi arasında bu barədə müqavilə imzalanıb.
Azərtac
