Bu gün Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib.
Korner.az-ın məlumatına görə, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb.
Görüşdə idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
