Avropa Klublar Assosiasiyası dünya çempionatında komandaların saylarının artırılması ilə əlaqədar FİFA prezidentinin etdiyi təklifə öz etirazını bildirib.
Korner.az-ın verdiyi məlumata görə , məsələ ilə bağlı Avropa Klublar Assosiasiyası FİFA-ya rəsmi məktub göndərib.
Qeyd edək ki, FİFA-nın prezidenti 2026-cı ildə keçiriləcək dünya çempionatında 32 yox, 48 komandanın iştirak etməsini təklif edib. Məsələ ilə bağlı son qərar 2017-ci ilin yanvar ayında veriləcək.
