Avropa Liqasının kuboku Gəncəyə aparıldı
18.05.2019 , 17:20

UEFA Avropa Liqasının kuboku Gəncəyə aparılıb.
AFFA-nın rəsmi “facebook” hesabından verilən xəbərə görə, kubok mayın 19-da saat 15:00-dan etibarən Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında nümayiş olunacaq.
Qeyd edək ki, “Çelsi” və “Arsenal” klublarının iştirakı ilə keçiriləcək final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
