Avropa liqası

Avropa Liqasının finalı üçün hakim təyinatları

13.05.2019 , 19:46

UEFA Avropa Liqasında 2018-2019 mövsümünün Bakıda keçiriləcək final oyunu üçün təyinatları açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İngiltərənin “Çelsi” və “Arsenal” klubları arasında oynanılacaq həlledici qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

VAR (videotəkrar) sisteminə Massimiliano İrrati, Marko Quida (hər ikisi İtaliya), Şimon Marçinyak və Pavel Sokolniçki (hər ikisi Polşa) nəzarət edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun yerli vaxtla 23:00-da başlayacaq. (qol.az)

Son yazılar

Yuxarı