Avropa Liqasının final matçını idarə edəcək hakim məlum oldu
22.05.2023 , 19:27

UEFA Avropa Liqasının final oyununu idarə edəcək hakim məlum olub.
Korner.az xəbər verir ki, “Roma” və “Sevilya” komandaları arasında keçiriləcək həlledici qarşılaşmanı Entoni Teylor idarə edəcək.
Final görüşü mayın 31-də “Puşkas Arena”da baş tutacaq.
