Avropa Liqasında yeni mövsümün təqvimi
02.07.2020 , 18:58

UEFA Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb.
Korner.az xəbər verir ki, növbəti mövsümdə turnirə avqustun 20-də start veriləcək, gələn il mayın 26-da isə yekun vurulacaq.
Avropa Liqasının yeni mövsümündə Azərbaycanın “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları mübarizə aparacaq.
Təsnifat mərhələsi
İlkin mərhələ – 20 avqust
Birinci təsnifat mərhələsi – 27 avqust
İkinci təsnifat mərhələsi – 17 sentyabr
Üçüncü təsnifat mərhələsi – 24 sentyabr
Pley-off – 1 oktyabr
Qrup mərhələsi
1-ci tur – 22 oktyabr
2-ci tur – 29 oktyabr
3-cü tur – 5 noyabr
4-cü tur – 26 noyabr
5-ci tur – 3 dekabr
6-cı tur – 10 dekabr
Pley-off mərhələsi
1/16 final – 18-25fevral 2021
1/8 final – 11-18 mart
1/4 final – 8-15 aprel
Yarımfinal – 29 aprel – 6 may.
Final
26 may
