Avropa Liqasında pley-off həyəcanı
23.08.2018 , 15:06

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu “Qarabağ” da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparır.
Təmsilçimzin oyunundan başqa, bu gün daha 20 qarşılaşma baş tutacaq.
Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 30-da keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar
23 avqust
20:00. Torpedo (Kutaisi, Gürcüstan) – Ludoqorets (Bolqarıstan)
20:00. Zenit (Rusiya) – Molde (Norveç)
20:30. Trençin (Slovakiya) – AEK (Larnaka, Kipr)
21:00. APOEL (Kipr) – Astana (Qazaxıstan)
21:00. Şerif (Moldova) – Qarabağ (Azərbaycan)
21:00. Siqma (Çexiya) – Sevilya (İspaniya)
21:00. Suduva (Litva) – Seltik (Şotlandiya)
21:05. Sarpsborq (Norveç) – Makkabi (Təl-Əviv, İsrail)
21:15. Malmö (İsveç) – Midtyulland (Danimarka)
22:00. Atalanta (İtaliya) – Kopenhagen (Danimarka)
22:00. Bazel (İsveçrə) – Apollon (Kipr)
22:00. Düdelanj (Lüksemburq) – ÇFR Kluj (Rumıniya)
22:00. Olimpiakos (Yunanıstan) – Bernli (İngiltərə)
22:30. Genk (Belarus) – Brondbü (Danimarka)
22:30. Olimpiya (Sloveniya) – Spartak (Trnava, Slovakiya)
22:30. Partizan (Serbiya) – Beşiktaş (Türkiyə)
22:30. Rapid (Avstriya) – Styaua (Rumıniya)
22:30. Zarya (Ukrayna) – Leyptsiq (Almaniya)
22:45. Gent (Belçika) – Bordo (Fransa)
22:45. Reyncers (Şotlandiya) – Ufa (Rusiya)
22:45. Rusenborq (Norveç) – Şkendiya (Makedoniya)
