Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi
21.02.2019 , 10:06
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Bu gün yalnız bir qarşılaşma baş tutub. “Sevilya” səfərdə 1:0 hesabı ilə qalib gəldiyi “Latsio”nu qəbul edib və qələbə qazanıb – 2:0. Bu nəticə İspaniya təmsilçisini 1/8 finala yüksəldib.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək.
Avropa Liqası, 1/16 final mərhələsinin cavab oyunu
20 fevral
“Sevilya” (İspaniya) – “Latsio” (İtaliya) – 2:0
Qollar: Vissam Ben Yedder, 20, Pablo Sarabia, 78
Qırmızı vərəqələr: Franko Vaskes, 60 (“Sevilya”), Adam Maruşiç, 71 (“Latsio”)
İlk oyun: 1:0
