“Arsenal” “Napoli”ni, “Çelsi” “Slaviya”nı məğlub etdi
12.04.2019 , 02:00

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. “Arsenal” evdə “Napoli” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
İspaniyanın iki təmsilçisi – “Vilyarreal”la “Valensiya” üz-üzə gəlib. Qarşılaşmada “Valensiya” qələbə qazanıb – 3:1. “Çelsi” Çexiyada “Slaviya”dan üstün olub – 1:0.
“Benfika” isə “Ayntraxt”a 4:2 hesabı ilə qalib gəlib.
Cavab oyunları aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0
Qollar: Aaron Remzi, 15, Kalidu Kulibali, 25 (avtoqol)
“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) – 0:1
Qol: Marko Alonso, 86
“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) – 1:3
Qollar: Santi Kasorla, 36 (pen) – Qonsalu Qediş, 6, 90+3, Daniel Vass, 90+1
“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) – 4:2
Qollar: Joau Feliş, 21 (pen.), 43, 54, Ruben Dias, 50 – Luka Yoviç, 40, Qonsalu Pasiensiya, 72
Qırmızı vərəqə: Evan Ndika, 20 (“Ayntraxt”)
