Avropa Liqasının 1/4 final mərhələsininin cavab qarşılaşmaları üçün hakimlər təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, “Zenit” – “Sevilya” matçını italiyalı Nikola Ritsolinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
“Dnepr” – “Brügge” oyunu isə ispaniyalı Alberto Undiano Mallenkoya həvalə olunub.
1/4 finalın digər görüşləri – “Fiorentina” – “Dinamo” (Kiyev) matçına isveçli Yonas Eriksson, “Napoli” – “Volfsburq” qarşılaşmasına isə türkiyəli Cüneyt Çakır təyinat alıb.
Qeyd edək ki, 1/4 finalın bütün cavab oyunları eyni gündə – aprelin 23-ü keçiriləcək.
