UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, həftənin oyunçusu “Beşiktaş”lı Anderson Taliska seçilib.
UEFA-nın rəsmi saytında keçirilən səsvermədə oyunçu səslərin 53 faizini toplayıb.
Qeyd edək ki, “Beşiktaş” – “Lion” matçında (2-1) Taliska komandasının hər iki qolunun müəllifi olmuşdu.
