Avropa Liqasında həftənin ən yaxşısı seçildi
04.12.2020 , 20:29
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Lill”in hücumçusu Burak Yılmazdır.
O, səsvermədə “Molde”dən Maqnus Eykrem, “Braqa”dan Qaleno və “Milan”dan Yens Haugeni qabaqlayıb.
Qeyd edək ki, Burak Yılmaz Avropa Liqasının qrup mərhələsinin V turunda “Sparta” ilə matçda (2:1) dubl edib.