Avropa Liqasında həftənin ən yaxşısı
30.10.2020 , 20:37

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Volfsberq”in yarımmüdafiəçisi Mixael Lindldir.
O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə “Lüdoqorets”dən Elvis Manu, PSV-dən Donyell Malen və “Srvena Zvezda”dan El-Fardu Ben-Nabuanu qabaqlayıb
Qeyd edək ki, M.Lindl “Feyenoord”la görüşdə (4:1) 3 qol vurub.
