Avropa Liqasında həftənin ən yaxşısı
11.12.2021 , 13:25

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Napoli”nin yarımmüdafiəçisi Elif Elmasdır.
22 yaşlı oyunçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda “Lester”ə 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.
