Avropa Liqasında həftənin ən yaxşısı
13.03.2021 , 00:21

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Tottenhem”in hücumçusu Harri Keyndir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
O, səsvermədə Duşan Tadiç (“Ayaks”), Roberto Soldado (“Qranada”) və Lorentso Pelleqrinini (“Roma”) qabaqlayıb.
Keyn1/8 final mərhələsində Zaqreb “Dinamo”su ilə ilk matçda (2:0) dubla imza atıb.
