Avropa Liqasında finalçılar məlum oldu
07.05.2021 , 01:07

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, ilk görüşdə rəqibini 6:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” səfərdə İtaliya “Roma” ilə qarşılaşıb. İtaliya klubu 3:2 hesabı ilə qələbə qazansa da, bu, yetərli olmayıb və “qırmızı şeytanlar” finala yüksəlib.
Yarımfinalın digər görüşü İngiltərədə keçirilib. “Arsenal” səfərdə 1:2 hesabı ilə məğlub olduğu “Vilyarreal”la üz-üzə gəlib. Matçda hesab açılmayıb. Bu nəticə ispanları finala yüksəldib.
Avropa Liqası
Yarımfinal (cavab oyunları)
6 may
“Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 0:0 (2-ci hissə)
İlk oyun – 1:2
“Roma” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 3:2 (2-ci hissə)
Qollar: Dzeko, 57, Kristante, 60, Zalevski, 83 – Kavani, 39, 68
İlk oyun – 2:6
