Avropa Liqasını “Tottenhem” qazandı
22.05.2025 , 01:00

Bu gün UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Tottenhem” “Mançester Yunayted”lə üz-üzə gəlib.
“San Mames” stadionunda keçiriləcək oyunda London klubu sevinən tərəf olub.
21 may
UEFA Avropa Liqası
Final
23:00 “Tottenhem” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) – 1:0
Qol: Brendan Conson, 42
Baş hakim: Feliks Zoyer (Almaniya)
Bilbao. “San Mames” stadionu
