Avropa Liqasında cavab oyunlarına start verilir
13.08.2019 , 16:51

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhəəsinin cavab oyunlarına start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz “Qarabağ”ın Avroliqanın pley-offundakı potensial rəqibəri də bu gün müəyyənləşəcək.
Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) duelinin qalibi ilə qüvvəsini sınayacaq. Şimali İrlandiya təmsilçisi səfərdəki görüşdə 2:1 hesablı qələbə qazanıb. Bugünkü matç isə “Linfild”in meydanında olacaq.
13 avqust
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
20:00. “Nomme Kalyu” (Estoniya) – “Düdelanj” (Lüksemburq)
İlk oyun – 1:3
22:45. “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro)
İlk oyun – 2:1
23:00. “Dandolk”(İrlandiya) – “Slovan” (Slovakiya)
İlk oyun – 0:1
