Avropa Liqasında 1/8 finalın püşkü atıldı
26.02.2021 , 16:52
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.
1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Avropa Liqası
1/8 final
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” (Kiyev, Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç)