Avropa Liqasında 1/4 finalın iştirakçıları bəlli oldu
15.03.2019 , 08:45

Ötən gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Bununla da 1/4 finala vəsiqə qazanan 8 komandanın adına aydınlıq gəlib.
Səfərdə “Renn” klubuna məğlub olan “Arsenal” doğma meydanda 3:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.
İtaliyanın “İnter” klubu isə 1/8 final mərhələsində mübarizəni dayandırıb. Nerazzurri “Ayntraxt” klubuna 0:1 hesabı ilə məğlub.
“Çelsi” ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da 4:0 hesablı qələbə qazanabıb və adını 1/4 finala yazdırıb.
Son illər Avropa Liqasında uğurlu çıxış edən İspaniyanın “Sevilya” klubu isə Slaviya ilə bacarmayıb. Əlavə vaxtda daha yaxşı çıxış edən çexiyalılar mərhələ adlayıb.
Beləliklə, “Arsenal”, “Valensiya”, “Çelsi”, “Slaviya”, “Benfika”, “Ayntraxt”, “Napoli” və “Vilyarreal” klubları 1/4 finala yüksəliblər.
Avropa Liqası:
1/8 final mərhələsinin cavab oyunları
14, 15 mart
22:00. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: A.Milik, 14 (0:1), M.Dabbur, 25 (1:1), F.Qulbrandsen, 65 (2:1), K.Leytgeb, 90+2 (3:1)
İlk oyun – 0:3
22:00. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) – 1:1
Qol: M.Süleymanov, 85 (1:0), Q.Quedes, 90+3 (1:1)
İlk oyun – 1:2
22:00.”Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) – 0:5
Qollar: O.Jiru, 5, 33, M.Alonso, 45+1, O.Jiru, 59, Hudson-Odoy, 78
İlk oyun – 0:3
00:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa) – 3:0
Qollar: Obameyanq, 5, 72, Nayls, 15
İlk oyun – 1:3
Qol: Joviç, 6
İlk oyun – 0:0
00:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 3:0
Qollar: Yonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
İlk oyun – 0:1
00:00. “Slaviya” (Çexiya) – “Sevilya” (İspaniya) – 4:3
Qollar: Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47 (2:1), El Haddadi, 54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102 (3:3), Traore, 120 (4:3)
İlk oyun – 2:2
00:00. “Vilyarreal” (İspaniya) – “Zenit” (Rusiya) – 2:1
Qollar: Moreno, 29 (1:0), Bakka,47 (2:0), İvanoviç, 90 (2:1)
İlk oyun – 3:1
