Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
26.02.2020 , 23:34

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk gün bir qarşılaşma keçirilib.
“Reyncers” “Braqa”nın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.
Mərhələnin digər oyunları fevralın 27-də keçiriləcək.
Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunu
21:00 “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 0:1
Qol: Kent, 61
İlk oyun: 2:3
