“Zirə” “Şerif”ə qalib gəldi
11.07.2024 , 22:58

Bu gün “Zirə” Avropa Liqasının birinci təsnifat mərhələsində ilk matçına çıxıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Şerif”in qonağı olub.
Qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsi ilə bitib.
Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul
21:00 “Şerif” (Moldova) – “Zirə” (Azərbaycan) – 0:1
Qol: Davit Volkov, 88
Baş hakim: Alessandro Dudiç (İsveçrə)
