big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

Avropa Liqası: “Xəzər Lənkəran” tarixi zəfəri Estoniyada qazandı – YENİLƏNİB

10.07.2012 , 17:34

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Korner.az-ın məlumatına görə, ilk görüşdə sərfəli nəticə qazana bilməyən "Xəzər Lənkəran" Estoniyada "Nomme Kalyu"nun qonağı olub.

Lənkəranda baş tutan ilk matçda qeydə alınan 2:2-lik bərabərlik "Xəzər Lənkəran"ın səfər meydanında qələbə qazanmasına və ya məhsuldar heç-heçə oynamasına vadar etmişdi. Mübariz Mənsimovun Tallindən canlı izlədiyi matçı Cənub təmsilçisi hər hissədə bir qol vurmaqla qazandı.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Jetısu" (Qazaxıstan) – "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

10 iyul

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunu

20:45. “Nomme Kalyu” (Estoniya) – “Xəzər Lənkəran” 0:2
QOLLAR: Ruslan Abışov 40, Subaşiç 85

Baş hakim: Daq Vidar Hafsas
Baş hakimin köməkçiləri: Sveyn İnqe Uiken, Jan Erik Enqan
Dördüncü hakim: Trond İvar Dovl (hamısı Norveç)
Hakim-inspektor: Yonas Braqa (Litva)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
10 iyul. Tallinn. Kadrioru stadionu

“Xəzər Lənkəran”ın start heyəti: Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Radomir Todorov, Ruslan Abışov, Roberto Alviz, Rahid Əmirquliyev (k), Adrian Pit, Sadio Tonkara, Branimir Subaşiç.

"Nomme Kalyu": Vitali Teles, Ken Kallaste, Tixon Şişov, Alo Barenqrub (k), Hidetoşi Vakui, Eino Puri, Konsa Oliver, Jose Rodriqez, Kristen Viikma, Yankuba Seesay, Damiano Quintieri

Bu gün "Xəzər Lənkəran"ın heyətində ilk oyunla müqayisədə yalnız bir dəyişiklik var. Rendall Brenesin yerinə ilk 11-liyə Radomir Todorov daxil edilib. Bu isə o deməkdir ki, böyük ehtimalla, Elnur Allahverdiyev və Skarlatake müdafiənin mərkəzində duet təşkil edəcək, ötən oyun komandada debüt edən Ruslan Abışov isə dayaq yarımmüdafiəçisi mövqeyinə keçəcək. Beləliklə, komandanın bu gün 4-5-1 sxemli düzülüşlə meydana çıxması ehtimal olunur.

Oyun bitdi. "Xəzər Lənkəran" növbəti mərhələdə

90' Hakim oyuna 3 dəqiqə əlavə etdi. Məhz bu müddət bizi tarixi anın rəsmiləşməsindən ayırır.

86' Pit sol cinahda heç bir qayda pozuntusu olmadan topu rəqibdən aldı və cərimə meydançasına asma etdi. Brenes ona istiqamətlənən topu qapıya göndərmək istəsə də, rəqib ona mane oldu. Nəticədə top Subaşiçin önünə düşdü və onun üçün boş qapıya topu göndərmək problem yaratmadı.

85' QOOOOOOOOOOOOOLLLLL!!!! SUBAŞİÇ!!!!

80' Meydan sahiblərindən sağ cinahdan təhlükəli cərimə asması gəldi, lakin Skarla başla əla oynadı. Ardından daha bir təhlükəli epizod baş tutdu və qarışıqlıqdan sonra Oliverin vurduğu top müdafiəçilərə toxunub meydanı tərk etdi. Kornerdən sonra isə Pit hərtərəfli faydalı futbolçu olduğunu bir daha nümayiş etdirdi.

78' Sağ cinahdan Sadionun yerlə təhlükəli ötürməsi Subaşiçə çatmadı. Rəqib müdafiəçiyə toxunan topu qapıçı tutdu.

77' "Kalyu" oyunu tarazlaşdıra bilib. Lakin rəqib ilk hissədə olduğu kimi əsasən uzun ötürmələrə üstünlük verir. Odur ki, ümumi topa nəzarət yenə də "Xəzər"dədir.

73' Subaşiçə qarşı sağ cinahda qayda pozuntusu. Cərimə zərbəsi, topun önündə Pit.

71' Oliver cərimə asmasından sonra rəqibin kapitanı Barenqrub yıxılaraq başla zərbə vura bilsə də, top qapıdan aralı keçdi.

68' Alviz meydanın mərkəzində yerdə qalıb və həkimlərin yardımını alır. Ciddi bir şey yoxdur, və xorvat futbolçu hakimin işarəsindən sonra oyuna qayıtdı.

66' "Kalyu"dan ardıcıl iki korner üstəgəl bir uzun aut atışı. Son epizodda Kamran zamanın zonasından çıxaraq topu tutdu.

64' Todorov cinahda müdafiəçinin geridə qoydu və uzaq dirəyə doğru asma etdi. Burada isə qapıdan xeyli aralı olan Abışovun baş zərbəsi azca üstdən keçdi. Nəzərinizə çatdıraq ki, komandamızın iki oyunda qapıdan keçirdiyi hər üç qol başla vurulub.

61' Tounkara komandamıza korner qazandırdı. Pit bu dəfə topu yerlə oyuna daxil etdi, lakin milli komandamızın brend künc zərbəsindən bu dəfə uğurla istifadə etmək olmadı.

60' Quintelli Sadionu yıxır və sarı vərəqə alır.

58' "Xəzər Lənkəran" qapısı qarşısında olduqca təhlükəli epizod! Quintelli Kamranla təkbətək qaldı və arxadan Abışovun müdaxiləsindən sonra top qapıçını da keçərək sakitcə boş qapıya tərəf yollandı. Hamının avtoqol olacağını zənn etdiyi zaman top dirəyin yanından qapı meydanı tərk etdi.

57' Azsaylı "Kalyu" azarkeşləri bir dəqiqə də susmur.

55' Subaşiç qapıçı ilə üzbəüz qaldı, lakin zərbə vurmasına arxada olan müdafiəçi imkan vermədi. Nəticədə top onun özündən qapı xəttini tərk etdi.

53' Mərkəzdə Alvizdən topu alan Rahid bir qədər irəlilədi və cərimə meydançasında olan Subaşiçi gördü. Branimirin zərbəsi qapının üstündən keçdi.

52' Bu dəfə Sadio özü qapını yoxladı və onun zərbəsi tora yan tərəfədən toxundu.

51' Sadioya qarşı qapıdan təxminən 27 metr məsafədə qayda pozuldu. Pitin cərimə zərbəsindən qapının aşağı küncünə yolladığı topu rəqib qolkiper ikinci cəhddə tutdu.

47' Artıq Kamran ardıcıl iki dəfə topla təmasda oldu. Öncə uzaq məsafədən asma şəkildə gələn zərbəni qapıçımız qapının arxasına aşırdı. Ardından sağ cinahdan gələn asmadan sonra Ağayev yüksələrək topu tutdu, rəqib futbolçularından biri isə ona qarşı qaydanı pozdu.

46' Pit artıq hissədə ilk asmasını etdi. Rəqib qapıçı çıxışda yaxşı oynadı.

46` İkinci hissə başladı

45` FASİLƏ

42' Sadio canlı səddə durma qaydalarını pozduğu üçün sarı vərəqə aldı. "Kalyu"nun cərimə asmasında sonra isə Kamran növbəti dəfə çıxışda əla oynadı.

41' Nəhayət bu üstünlük qola çevrildi! Pitin mərkəz dairəsi həndəvərindən verdiyi asmanı hamıdan hündürə yüksələn Abışov tora yolladı! "Xəzər Lənkəran"öndə! Bu mövsüm Avropa Liqasının ən yaxşı assistenti isə hazırda Adrian Pitdir!

40' QOOOOOOOOOOOOOLLLL!!! Ruslan Abışoooov!!!

37' Pitdən əla zərbə!!! Cərimə meydançasının kənarından doqquzluğa ünvanlanan topu rəqib qapıçı iki əllə çıxardı!

35' Oliver böyük sürət yığaraq sağ cinahla irəlilədi və nəticədə Elnur tərəfindən saxlanıldı. Cərimə asmasından sonra Pit və müdafiəçilər ikinci mərtəbədə növbəti dəfə səhvsiz oynadılar.

34' Pitin asmasından sonra futbolçularımız əllə oyun barədə hakimə səslənsələr də, oyun davam edir.31' Kamrandan bir neçə metrlikdə olan Quintelli topu qəbul etsə də, Elnur vaxtında müdaxilə edib təhlükəni sovuşdurdu.

33' Ederin klassik asmasından sonra müdafiəçi Piti qabaqladı. Bu çox təhlükəli idi. Korner "Xəzər Lənkəran"da.

30' "Xəzər Lənkəran" topu saxlamaqda davam edir, lakin rəqib qapısına oyunun əvvəlində olduğu kimi yaxınlaşa bilmir.

29' Mərkəz dairəsinin yaxınlığından estonların daha bir cərimə asmasından sonra top heç kimə toxunmadan meydanı tərk erdi.

27' Lənkəranda olduğu kimi, "Kalyu" yenə mərkəzlə əks-hücum edir. Künc bayrağının yanında Viikma Allahverdiyevlə mübarizədə topla birlikdə qapı xəttindən çıxdı. Qapıdan zərbə.

25' Rahid rəqib cərimə meydançasında mübarizədə yerdə qalır, hakim topa oyunun olduğunu göstərir.

22' Todorov irəliləyərək özü ilə müdafiəçiləri çəkib arxada boş ola Pitə topu ötürdü. Adrianın asmasını isə Subaşiç qəbul edə bilmədi.

21' İlk sarı vərəqə. Rodriqez Roberto Alvizin əks-hücuma atılmasına qayda pozuntusu sayəsində mane oldu.

19' Estonlar bacardıqları qədər Sadio və Piti nəzarətdə sağlamağa çalışır. Əgər ilk dəqiqələrdə Tounkara topla daha rahat davranırdısa, indi artıq o ciddi nəzarətdədir. Alviz və Rahidin hücumlarda daha çox iştirak etməsi vacibdir.

15' Son dəqiqələrdə oyun mərkəzdə gedir. Komandamız hücumlarını Pit və Sadio ilə cinahlardan qurur, rəqib isə əsasən Quintelliyə doğru uzun ötürmələrə güvənir.

12' Bonfim Quintelli ilə sona kimi mübarizə apardı və nəticədə estonlar da oyunda ilk kornelərini yerinə yetirdilər. Kornerdən gələn top qapı xəttindən çıxarıldı. Növbəti künc asmasından sonra Kamran çıxışda yaxşı oynadı.

11' Meydanın dərinliyindən ötürmə alan və rəqib müdafiəçi ilə çiyin-çiyinə gedərək qapıçı ilə üz-üzə qalan Subaşiç nə qədər çalışsa da istədiyi kimi zərbə vura bilmədi.

10' Sadio sağ cinahda çox aktivdi. Cərimə meydançasına daxil olan malili Alvizin önünə topu çıxarsa da, top sonuncunun ayağına ötürmədi.

8' İlk oyunda iki assist müəllifi olan Pitin künc nöqtəsindən asmasını rəqib müdafiəsi oxudu və uzaqlaşdırdı.

7' Artıq oyunda ilk korner də var. Subaşiçin ayağında estonlar topu qapı xəttindən çıxara bildilər.

6' Sağ cinahda Sadio rəqib müdafiəçisini geridə qoyaraq cərimə myednaçasına asma etdi, lakin lazım olan mövqedə heç kim olmadı.

5' Ruslan Abışovdan mərkəz sahədə topu alan Rahid fırlanaraq rəqib müdafiəçisindən yayındı, bir qədər irəlilədi və zərbə endirdi. Rəqib qapıçı topu tutmaqda çətinlik çəkmədi, lakin bu şəkildə qapıçını yoxlamaq lazımdı.

3' Rəqibin futbolçu Oliver mərkəzlə ardıcıl iki futbolçumudan yayınıb qapıya doğrui istiqamətləndi və Sadio ona qarşı qaydanı pozdu. Təxminən 30 metrdən Oliverin özünün yerinə yetirdiyi cərimə zərbəsi isə çox qeyri-dəqiq alındı.

1' Beləliklə oyunun start fiti səslənir və qara formada olan "Kalyu" oyuna mərkəzdən başlayır. "Xəzər Lənkəran" ilk oyundakı kimi tam ağ formada meydana çıxıb.

Son yazılar

To Top