“Sevilya” və “Roma” yarımfinalda!
21.04.2023 , 01:46

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az xəbər verir ki, “Mançester Yunayted” “Sevilya”nın qonağı olub və 0:3 hesabı ilə uduzub. Bununla da meydan sahibləri adını yarımfinala yazdırıb.
“Yuventus” “Sportinq”lə səfərdə üz-üzə gəlib. Görüş 1:1 hesablı hem-heçə ilə yekunlaşsa da, ilk oyunun nəticəsinə görə “Yuventus” növbəti mərhələyə adını yazdırıb. Gecənin digər görüşündə “Union” “Bayer”i qəbul edib və 1:4 hesabı ilə uduzub. “Roma” isə “Feyenoord”u qəbul edib və 4:1 hesabı ilə növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
23:00. “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 3:0
İlk oyun – 2:2
23:00. “Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 1:1
İlk oyun – 0:1
23:00. “Union” (Belçika) – “Bayer” (Almaniya) – 1:4
İlk oyun – 1:1
23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland) – 4:1
İlk oyun – 0:1
