Dünən UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, bu mərhələdə qüvvəsini sınayan 62 klub qrup mərhələsinə adlamaq yolunda ilk addımını atıb.
“İnter”i Avroliqadan uzaqlaşdırmış İsveç “Elfsborq”u Portuqaliyanın “Rio Ave” komandasıyla ev oyununda qələbə qazanıb.
Qardaş ölkə Türkiyənin Avroliqadakı təmsilçilərindən “Karabükspor” Fransanın “Sent-Etyenn” komandasını minimal hesabla məğlub yola salıb. “Trabzonspor” isə Rusiya “Rostov”u ilə ilk görüşdən 2 cavabsız qolla qalib ayrılıb.
Bütün oyunların nəticələri ilə sizi tanış edirik:
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust
Dnepr (Ukrayna) – Hayduk (Xorvatiya) – 2:1
Styarnan (İslandiya) – İnter (İtaliya) – 0:3
21 avqust
Astana (Qazaxıstan) – Vilyarreal (İspaniya) – 0:3
Aktobe (Qazaxıstan) – Legiya (Polşa) – 0:1
Dinamo (Moskva, Rusiya) – Omoniya (Kipr) – 2:2
AEL (Kipr) – Tottenhem (İngiltərə) – 1:2
HİK (Finlandiya) – Rapid (Vyana, Avstriya) – 2:1
Qarabağ (Azərbaycan) – Tvente (Hollandiya) – 0:0
Rux (Polşa) – Metallist (Ukrayna) – 0:0
PSV (Hollandiya) – Şaxtyor (Belarus) – 1:0
Dinamo (Minsk, Belarus) – Nasional (Portuqaliya) – 2:0
Elfsborq (İsveç) – Rio Ave (Portuqaliya) – 2:1
Karabükspor (Türkiyə) – Sent-Etyenn (Fransa) – 1:0
Petrolul (Rumıniya) – Dinamo (Xorvatiya) – 1:3
Apollon (Limassol, Kipr) – Lokomotiv (Moskva, Rusiya) – 1:1
Yanq Boyz (İsveçrə) – Debretsen (Macarıstan) – 3:1
Zarya (Ukrayna) – Feyenoord (Hollandiya) – 1:1
Panatinaikos (Yunanıstan) – Midtyilland (Danimarka) – 4:1
Zvolle (Hollandiya) – Sparta (Çexiya) – 1:1
Trabzonspor (Türkiyə) – Rostov (Rusiya) – 2:0
Zimbru (Moldova) – PAOK (Yunanıstan) – 1:0
Asteras (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) – 2:0
Partizan (Serbiya) – Neftçi (Azərbaycan) – 3:2
Qrashpoppers (İsveçrə) – Brügge (Belçika) – 1:2
Spartak (Slovakiya) – Sürix (İsveçrə) – 1:3
Lokeren (Belçika) – Hall Siti (İngiltərə) – 1:0
Olimpik (Lion, Fransa) – Astra (Rumıniya) – 1:2
Real Sosyedad (İspaniya) – Krasnodar (Rusiya) – 1:0
Split (Xorvatiya) – Torino (İtaliya) – 0:0
Sarayevo (Bosniya və Herseqovina) – Borussiya (Münhenqladbax, Almaniya) – 2:3
Riyeka (Xorvatiya) – Şerif (Moldova) – 1:0
Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 28-də baş tutacaq.