Avropa Liqasının pley-off mərhələsində "Neftçi"ni öz meydanında qonaq edəcək Kiprin APOEL klubu cavab qarşılaşmasına da, itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, APOEL-in iki forvardı – braziliyalı Qustavo Manduka və argentinalı Esteban Solarinin cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Kipr təmsilçisinin aparıcı futbolçusu Ayilton Almeyda isə ilk oyunda olduğu kimi, revanş qarşılaşmasında da meydanda olmayacaq.
